Xəbər lenti
Reklam
Koronavirusun yüngül formasını müalicə edən 2 SADƏ VASİTƏ
 

Böyük Britaniyanın London Kral Kolecinin mütəxəssisi doktor Natali MakDermott bildirib ki, müşahidələrə görə 10 insandan 8-i koronavirusu yüngül formada keçirir.
Həkimin koronavirusun yüngül formasının müalicəsi ilə bağlı tövsiyələrini təqdim edirik.
“Burada (kovidin yüngül forması zamanı – red.) əsas simptomlar – qızdırma və öskürəkdir. Zəiflik, baş və boğaz ağrısı kimi simptomlar da mükündür, lakin olmaya da bilər. Qızıdırma və ümumi zəiflik immun sisteminin infeksiyaya olan reaksiyasıdır. İmmun sistemi infeksiya ilə mübarizə aparmaq üçün xüsusi maddələri - sitokinləri ifraz etməyə başlayır  ki, bu proses qızdırma və bədəndə ağrılarla müşayiət olunur.
Covid-19 quru öskürəkdən başlayır, daha sonra öskürək nəm olur, qatı bəlğəm ifraz olunmağa başlayır.
Koronavirusun bu mərhələsi təxminən 1 həftə davam edir və əksər hallarda xəstənin sağalması ilə nəticələnir.
Koronavirusun belə yüngül gedişatı zamanı heç bir xüsusi tibbi yardım və dərmanlar tələb olunmur. Bu simptomları yalnız bol maye və parasetamol müalicə edir” – həkim bildirib. \\Saglamolun
Tarix: 31 oktyabr 2020
Baxış: 348

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş