Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İmmunoloqdan koronavirusa yoluxma riskini azaltmaq üçün SADƏ ÜSULLAR

Koronavirus xəstəliyinə tutulma riskini azaltmaq üçün sağlam həyat tərzi sürməli və mütəmadi olaraq vitamin qəbul etməlisiniz.
Bu sadə tövsiyə həkim-immunoloq Vitali Zverev tərəfindən verilib.
“Koronavirusa yoluxma ehtimalını azaltmaq üçün sağlamlığınıza diqqət yetirməlisiniz. Sağlam həyat tərzi və düzgün qidalanma kömək edəcək”, - Zverev qeyd edib.
İmmunoloq qışda günün qısa olması səbəbindən vitamin çatışmazlığının meydana gəldiyini bildirib. O, xüsusilə də D vitamininin qidaya daxil edilməsində israrlı olub. Zverev koronavirusa yoluxma ehtimalını azaltdığı üçün interferon və sink əsaslı dərmanlar qəbul etməyi tövsiyə edib. \\Publika.az  
Tarix: 30 oktyabr 2020
Baxış: 354

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş