Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Koronavirusu təyin etmək üçün EV TESTİ
 

Tanınmış ukraynalı həkim Evgeniy Komarovskiy koronavirusu təyin etmək üçün çox sadə üsul açıqlayıb.
Həkimin sözlərinə görə, koronavirusun əsas simptomlarından biri iybilmənin pozulması və ya itməsidir. Bunun səbəbi virusun beyində iybilməyə cavabdeh olan neyronların zədələnməsidir.
Soyuqdəymə zamanı da iybilmə azala bilər, lakin bunun səbəbi güclü zökəmdir – burunda çoxlu selik yığılır, selik axır və bunun nəticəsində də qoxubilmə azalır.
Koronavirus xəstələrində isə burun adətən axmır, amma onların bir çoxu ən kəskin qoxuları belə ayırd edə bilmirlər.
Bunu nəzərə alaraq  Komarovskiy “sarımsaq testini” təklif edib. “Bu termometriyadan daha effektli testdir” – həkim bildirib. Əgər insan sarımsağın iyini hiss etmirsə, bu koronavirusa yoluxmaya işarə edə bilər. \\Saglamolun
Tarix: 20 oktyabr 2020
Baxış: 335

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş