Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Koronavirusu qripdən ayıran əsas 2 SİMPTOM

Koronavirus və qripp respirator infeksiyalarına aid olduğundan onların bir çox simptomları oxşardır. Bu səbəbdən insanlarda məntiqi sual yaranır – koronavirusu qripdən necə ayırmaq olar?
Mütəxəssislər koronavirusu qripdən ayıran 2 əsas simptom ayırd edirlər.
İlk növbədə söhbət nəfəsalma ilə problemlərdən gedir. Həm qripp, həm də koronavirus zamanı yüksək qızdırma və öskürək ola bilər. Lakin qripp zamanı nəfəsalmanın çətinləşməsi, boğulma kimi simptomlar olmur. Bu simptomlar məhz koronavirusa xasdır.
Digər simptom iybilmə və dadbilmənin itməsidir. Koronavirus zamanı burun tutulması olmaya bilər, lakin xəstə iy hiss etmir və dadları (məsələn, şırın və acı dad) ayırd edə bilmir. Bu simptom koronavirus zamanı özünü çox kəskin formada büruzə verir və bu koronavirusun beyin və sinir sisteminə təsiri ilə bağlıdır. Qripp və soyuqdəymə zamanı bu simptomlar kəskin olmur – ibilmə zəifləsə də insan dadları ayırd edə bilir. \\Saglamolun
Tarix: 27 sentyabr 2020
Baxış: 356

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş