Xəbər lenti
Reklam
Vitamin qəbulunda gizli təhlükə: Həkimdən ŞOK XƏBƏRDARLIQ!

Çoxumuz vitaminləri səhər tezdən bədənimizi gümrahlaşdırmaq üçün içdiyimiz çay və ya qəhvə ilə qəbul etməyə vərdiş etmişik, lakin bu vərdiş fayda yerinə zərər verə bilər.
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin ümumi təcrübə həkimi Əmir Xan "Daily Mirror" nəşrinə verdiyi müsahibədə bildirib ki, bu vərdiş vitaminlərin orqanizm tərəfindən sorulmasını əhəmiyyətli dərəcədə zəiflədir. Mütəxəssisin sözlərinə görə, istənilən əlavəni sadə su ilə içmək ən təhlükəsiz və effektiv yoldur, lakin burada yeganə istisna dəmir preparatlarıdır. Dəmirin bədən tərəfindən daha yaxşı mənimsənilməsi üçün onu portağal şirəsi ilə qəbul etmək olar, çünki bu şirənin tərkibindəki C vitamini dəmiri bədən üçün ən faydalı və yüksək dərəcədə mənimsənilə bilən formaya salır.
Həkim həmçinin vurğulayıb ki, vitaminlərin qəbul edilmə zamanı da onların effektivliyinə birbaşa təsir göstərir. Əmir Xan qeyd edib ki, dəmir preparatlarını səhər tezdən acqarına qəbul etmək lazımdır, lakin A, D, E, K kimi piydə həll olunan vitaminləri və omeqa-3 yağ turşularını səhər yeməyi zamanı və ya dərhal sonra qəbul etmək lazımdır, çünki onların həzm olunması üçün mütləq qida yağları tələb olunur. Bunun əksinə olaraq, maqneziumun qəbulunu axşam saatlarına keçirmək məsləhət görülür, çünki bu mikroelement əzələləri rahatladır və yuxu keyfiyyətini yaxşılaşdırır. Sonda ekspert maqnezium və dəmiri eyni vaxtda qəbul etməyin hər iki komponentin təsirini azaltdığını bildirib və xəbərdarlıq edib ki, vitaminlər tamamilə ziyansız deyil, buna görə də onları yalnız həkim məsləhəti ilə qəbul etmək lazımdır. \\32gun.az

Tarix: 19 may 2026
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş