Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Baş infeksionistdən XƏBƏRDARLIQ - Yoluxma ARTACAQ
                                          
"Sərt karantin rejimi tətbiq olunsa belə əgər vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma durmadan artacaq”.

Gender.az  xəbər verir ki, bu sözləri açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. O, bildirib ki, məktəblərin açılması, ictimai nəqliyyatda yaranan sıxlıq pandemiyanın alovlanmasına səbəb ola bilər.


"Dərslərin başlaması ilə əlaqdədar avtobus və metroda yaranan sıxlıq, virusun yayılmasında böyük rol oynayır. Mən hər zaman olduğu kimi vətəndaşlarımıza xoşagəlməz vəziyyətlərdən qaçmaq üçün sosial məsafəni qorumalarını və maska taxmalarını tövsiyyə edirəm. Bundan başqa çıxış yolu yoxdur ”.


Daha sonra C. İsayev havaların soyuması ilə əlaqədar artan infeksion xəstəliklərdən və onlardan qorunma yollarından da danışıb.


"Bildiyimiz kimi oktyabr və noyabr aylarında havalar soyuduqca, immun sistemi zəifləyir. Bu da infeksion xəstəliklərin meydana gəlməsinə şərait yaradır.


Bu respirator infeksiyaların yayılması COVİD-19-un artmasına da səbəb ola bilər. Dövlətimiz bunu nəzərə alaraq, qrip infeksiyasının qarşısını almaq üçün 3 və ya 4 valentli peyvənd tətbiq etməyi nəzərdə tutub”.


Əməkdaşımızla söhbəti zamanı baş infeksionist həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin qadağası məsələsinə də toxunub. O, bildirib ki, bu qadağa yoluxma dinamikasına müsbət təsir göstərib.


"Mən bu fikri alqışlayıram. Çox yerdə həftəsonları iş olmur, bu da insanların ictimai nəqliyyatdan istifadəsini minimuma endirir.
Bu zaman insanların bir-biri ilə təması azalır və bu da yoluxmanın yayılmasının qarşısının alınmasına öz müsbət töhfələrini verir. Yenə deyirəm, bu tədbir yardımçı bir tədbirdir. Əsas insanların qoyulan qaydalara əməl etməsidir.


Təkrar sadalamağı özümə borc bilirəm. Maskadan istifadə etmək, ara məsafəni qorumaq və gigiyena qaydalarına əməl olunması vacibdir.


Bu zaman həm özümüzü, həm də ətrafdakı insanları koronavirus və digər infeksialarından qoruya bilərik”, - deyə o, fikrini tamamlayıb.


(olke.az)
Tarix: 17 sentyabr 2020
Baxış: 315

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş