Korvalol, valoserdin və valokardin kimi dərman preparatlarının tərkibində fenobarbital – yuxugətirən maddə var, o isə asılılıq yaradır. Bu, insanlar üçün təhlükə törətdiyindən artıq həkimlər də onları məsləhət görmürlər.
Bu barədə “Qovorit Moskva” radiosuna müsahibəsində həkim-kardioloq Sergey İvanov deyib.
“Fenobarbital azacıq kömək edir, çünki sedativ təsiri var, amma heç bir problemi aradan qaldırmır. Bu preparatı xaricdə çoxdan qadağan ediblər”, - həkim deyib.
Bundan öncə Səhiyyə Nazirliyinin ştatdankənar kardioloqu Sergey Boytsov demişdi ki, izolyasiya zamanı 65 yaşdan yuxarı insanların aktivliyinin azalması səbəbindən ölümlərin çox olacağı deyilsə də, ürək xəstəliklərindən dünyasını dəyişənlərin sayı az olub. Onun sözlərinə görə, ilin ilk üç ayında ölüm halları üç amilin – qrip, havanın soyuq olması və insanların az hərəkətliliyi - birləşməsi səbəbindən artır. \\Sputnik Azərbaycan