Xəbər lenti
Reklam
Nevroz zamanı bunları yeyin! Müalicəvi qidalanma

Qida orqanizmi həyati vacib maddələrlə təmin edir və həm də orqanizmə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər bir çox xəstəliklər zamanı dərman müalicəsi ilə yanaşı xəstəyə müəyyən pəhriz də təyin edirlər.

Bu tək mədə-bağırsaq sistemi, qaraciyər, böyrəklər və s. orqanların xəstəliklərinə aid deyil. Sinir sistemi xəstəlikləri və pozulmaları zamanı da müəyyən qidaların qəbulu xəstənin vəziyyətini yaxşılaşdıra bilər.

 

Hazırda bir çox insanlar nevrozdan əziyyət çəkir. Nevroz zamanı bəzi qidaların qəbulu insanın vəziyyətinə müsbət təsir edə bilir.

Bu qida məhsulları ilə tanış edirik.

- Nevrozun səbəblərindən biri orqanizmdə “xoşbəxtlik hormonu” sayılan serotoninin aşağı səviyyədə olmasıdır. Fol turşusu (B9 vitamini) serotoninin ifrazını artırır. Fol turşusunun ən yaxşı mənbələri: banan, kahı, ispanaq, kələmin bütün növləri, qulançar, lobya, sitrus meyvələri, mal qaraciyəri.

- B6 vitamini də serotoninin ifrazını artırır. Dəniz balığı, günəbaxan tumları, fındıq, toyuq əti, mərci, bitki yağları B6 vitamini ilə xüsusilə zəngindir.

- C vitamininin defisiti də nevrozun inkişafına təkan verə bilər. C vitamini ilə zəngin olan qida məhsulları bunlardır: itburnu, kivi, qara qarağat, kələm turşusu, qırmızı bibər, sitrus meyvələri. \\Saglamolun
Tarix: 15 sentyabr 2020
Baxış: 409

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş