Somalidən onlarla ton dondurulmuş qoyun ətini Azərbaycana kim gətizdirib? - RƏSMİ
2025-ci ilin oktyabr ayından etibarən ölkəmizə Somalidən onlarla ton dondurulmuş qoyun əti idxal edilib.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediadan daxil olan sorğuya cavab verib:
Açıqlamada bildirilir:
"Azərbaycana Somalidən kommersiya, yəni satış, ticarət, iaşə obyektlərində istehlak və ya realizə məqsədilə ət idxal edilmir. 13.10.2025-ci il tarixində isə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında Səudiyyə Ərəbistanından Somali mənşəli heyvanın qurban ətindən ibarət humanitar yük (1710 qutu, 46.500 kq) yardım kimi paylanılması məqsədi ilə ölkəmizə daxil olub". \\Ölkə.az
Tarix: 19 dekabr 2025
Baxış: 20
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş