Əgər orqanizmdə hər hansı orqanda şiş aşkar olunubsa, onunla mübarizədə əsas məsələ şişin metastaz verməsinin, yəni yayılmasının qarşısını almaqdır.
Çoxsaylı təfqiqatlarla təsiri sübuta yetirilmiş antimetastaz maddələrin siyahısını təqdim edirik:1.Ursola turşusu
2.D vitamini
3.Sarıkök
4.Sulforafan
5.Kversetin
6.Apiqenin
İndi isə baxaq görək bu maddələr nədir, hansı qidalarda yerləşir, necə əldə edə bilərik?1.Ursolon turşusu – bitki yağıdır. Bir çox otlarda, reyhanda, alma qabığında, qarağatda olur.
Bu turşu mədəaltı vəz, uşaqlıq yolu, bağırsaq və süd vəzi xərçəngi müalicəsinə daxil olunub.
2.D vitamini – xərçəng əleyhinə zülalın hasilatı üçün çox vacibdir. Gündəlik D vitamini dozasını normal alan insanlarda şiş hüceyrələri inkişaf etmir.
3.Sarıkök – immunitet üçün olan bütün müasir preparatların tərkibində var. Güclü antioksidantdır. Şişlərin nekrozu faktorunu blok edir. Uşaqlıq, ağciyər, süd vəzi, qan xərçəngində metastazların qarşısını ala bilər. Sarıkökü yeməklərdə, içkilərdə istifadə edin
4. Sulforafan – sərbəst radikalların bir yerə toplaşıb, şişə çevrilməsinin qarşısını alır. İltihabı azaldır. Mədə, bağırsaq, süd vəzi xərçəngində metastazın qarşısını alır. Bu maddə brokkoli, gül kələmində çox olur.
5.Kversetin – super antioksidantdır. Antixərçəng təsir edir. Soğanda, yaşıl çayda, vişnədə, kakao, alma, cəfəri, sürvə, böyürtkəndə çox olur.
Qidanızda yüksək miqdarda kversetin olsa, xərçəng hüceyrələrinin baş qaldırmasına mane olacaq.
6.Apigenin – flavonoiddir, şişin yeni toxumalara yayılmasının qarşısını alır. Orqanizmi toksinlərdən təmizləyir. Mədə, böyrək, qaraciyər, qanın sağlamlığını qoruyur. Bu maddə çobanyastığında, soğan, qreypfrut, portağal, cəfəridə boldur. \\Medicina.az