Xəbər lenti
Reklam
Terapevt pnevmoniyadan qorunmaq üçün bəzi sadə TÖVSİYƏLƏRİ VERDİ

 

Soyuq fəsillər yaxınlaşır. Soyuq fəsillərdə qripp, müxtəlif respirator infeksiyalara tutulması riski kəskin artır. Nəzərə alsaq ki, koronavirus təhlükəsi hələ də səngiməyib, vəziyyət daha da mürəkkəb və təhlükəli görünür.

Bütün dünya artıq bilir ki, koronavirusun əsas hədəfi ağciyərdir. Digər tərəfdən qripp infeksiyası fonunda da tez-tez pnevmoniya inkişaf edir. Soyuq fəsillərdə ağciyəri iltihabdan qorumaq üçün nə etməliyik?

13 saylı Moskva Klinik Xəstəxanasının həkim-terapevti Kirill Qlibko orqanizmi pnevmoniyadan (sətəlcəm) qorumaq üçün bəzi tövsiyələri verdi.

Mütəxəssisin fikrincə, sətəlcəmin qarşısının alınması üçün ilk növbədə hipotermiyadan (orqanizmin həddindən artıq soyuması) qorunmaq vacibdir.

“Говорит Москва” radiostansiyası bildirib ki, terapevt bunun üçün bu kimi tövsiyələri verib:

- Soyuq havada ayaqlarınızı daim isti saxlayın, qışa mütləq yun corab alın.

- Yağışa düşmüsünüz və ya üşümüsünüzsə, evə gələndə dərhal isti duş qəbul edin və isti çay için. Bu orqanizmi hipotermiyadan xilas edəcək və nəticədə pnevmoniyanın riskini azaldacaq.

- Bakterial pnevmoniyaya qarşı peyvənd vurdurun. (Bunu indi də etmək olar.) Peyvəndin təsiri 5 ildir. Bu peyvəndin vurdurması xüsusilə risk qrupuna aid olan tibb işçiləri, yaşlı insanlar və müxtəlif səbəblərə görə immun sistemi zəif olan insanlara tövsiyə olunur. \\Saglamolun

Tarix: 09 sentyabr 2020
Baxış: 370

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş