Xəbər lenti
Reklam
Payız mövsümündə düzgün qidalanmaya diqqət edin: Qida texnoloqu Ağa Salamovdan TÖVSİYƏLƏR
     
Payız fəslinin ölkəmizə gəlişi sentyabr ayının axır on günlüyünə  təsadüf edir. Bu fəsilə el arasında “qızıl payız” da deyirlər. Bir o qədər də isti keçməyən 2020-ci ilin yay mövsümü sentyabr ayının gəlişi ilə də bir qədər havalar soyumağa başladı. Havaların soyuduğu, xəstəliklərin artdığı, infeksion xəstəliklərin çoxaldığı bu dönəmdə düzgün qidalanmaq çox önəmlidir. Belə olan halda da insan öz orqanizmasını yeni mövsümə uyğunlaşdırmağa çalışır.

Payızmövsümündə müxtəlif infeksion xəstəliklərə yoluxmamaq üçün hansı qidalardan istehlak etmək vacibdir və ya məsləhət görürsünüz?

Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, Ukrayna, İsrail və Fələstin Kulinarlar birliyinin fəxri üzvü, Qida Texnoloqu Ağa Salamov Gender.az-a müsahibəsində bildirdi ki, immun sistemi zəif olanlar və bioloji qida dəyəri yüksək olan qidalar istehlak etməyənlər bu cür xəstəliklərə daha tez yoluxa bilirlər.
 
“Payız mövsümündə tempraturun aşağı düşməsi və havaların qəfil soyuması nəticəsində müxtəlif infeksion xəstəliklərə yoluxma riski artır. Bütün bunları nəzərə alaraq payız mövsümündə heyvan mənşəli qidalar, (ət, balıq, toyuq, yumurta və.s) həmçinin liflər, karbohidrat, vitamin və minerallar ilə zəngin olan qida məhsulları ( mövsümi meyvə və tərəvəzlər, paxlalı bitkilər, çərəzlər və.s ) istehlak etmək məsləhətdir”.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin dili ilə desək, “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da”.

Payız mövsümünün əvəzolunmaz qidası hansıdır?

Ağa Salamov payızda düzgün qidalanma qaydalarını Gender.az-a sadalayaraq bildirdi ki, mövsümün ən əvəzolunmazı “Omega 3” – dür.

 
Balıq məhsulları əvəzolunmaz yağ turşusu Omega3,  Kalsium, fosfor, A,D, B vitamini kompleksi ilə zəngindir. Elmi araşdırmalar nəticəsində balığın insan orqanizmini qrip və infeksiyalardan qoruduğu sübut olunub. Beləki, payız aylarında da balıq məhsullarından həftədə iki dəfə istehlak etməklə immun sistemini gücləndirə bilərik.
Qırmızı ət məhsulları və yumurtada olan dəmir və sink mineralı sayəsində də immun sistemi guclənir. Dəmir və sink  mineralları immun sistemi üçün olduqca faydalı və vacib elementlərdən biridir. Ət məhsullarından hazırlanan şorbalar, süni bulyonlar ilə deyil ətin öz suyunda hazırlanmalıdır ki bioloji dəyəri yüksək olsun və immun sistemini gücləndirsin.

Ağa Salamov deyir ki, payızda ən vacib vitaminlər meyvə və tərəvəz istehlakı ilə alına bilər.

Mövsümündə istehlak olunan meyvə və tərəvəzlərdən bədənimizə lazım olan vitamin və mineralları ala bilirik. Meyvə və tərəvəzlər A, C, B, E vitaminləri, folik turşusu, beta-karoten, kalsium, kalium, dəmir, maqnezium, lif və digər antioksidanlar ilə zəngin olduğu üçün immun sistemi üçündə əvəzolunmazdır. Xüsusilə payız aylarında alma, armud, üzüm, nar, limon, portağal, brokkoli, gül kələm, çuğundur, zəncəfil, balqabaq və.s meyvə və tərəvəzləri istehlak etməkdə fayda vardır.

Payız aylarında immun sisteminin güclənməsində  quru meyvələrin də əvəzsiz rolu var. Tərkibi zülal,  yağ turşuları, vitamin və minerallar  ilə zəngin olan quru meyvələri gün ərzində ovuca sığacaq qədər istehlak etmək məsləhətdir. Yaxşı olar ki, çay içərkən istehlak edilsin.
 
 
Qida texnoloqu Ağa Salamov bildirdi ki, immunitet sistemimizi gücləndirmək üçün təbii yaşıl bitkilərdən hazırlanmış çaylara da ehtiyacımız var.

 

Kofe, rəngli qazlı içkilər əvəzinə, kəklikotu, itburnu, çobanyastığı və müxtəlif təbii çaylar içməklə də immun sistemini gücləndirmiş olarıq.
 
Mətanət İmanquliyeva / Gender.az
Tarix: 09 sentyabr 2020
Baxış: 8484

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş