Çin alimləri tərəfindən aparılmış yeni araşdırma göstərib ki, adi sarımsağın gündəlik (ən azı həftədə 5 dəfə) istehlakı istənilən səbəblərə görə ölümün riskini azaldır, insanın ömrünü uzadır. Bu həm cavan, həm də yaşlı insanlara aiddir.
Araşdırmanın nəticələri nüfuzlu Nutrients jurnalında dərc olunub.
Sarımsaq kükürd birləşmələri ilə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Bildiyimiz kimi, antioksidantlar orqanmizmdə bir çox xroniki xəstəliklərin və o cümlədən xərçəngin inkişafına təkan verən sərbəst radikalları zərərsizləşdirir.
Həmçinin kükürd birləşmələri damarları genişləndirir və bununla da arterial təzyiqi salır.
Mütəxəssislər hər gün və ya ən azı həftədə 5 dəfə 1-2 diş sarımsaq yeməyi tövsiyə edirlər. Sarımsağı müxtəlif salatlara, yeməklərə, süd məhsullarına (kəsmik, qatıq) əlavə etmək olar. \\Saglamolun