Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
ŞAD xəbər az öncə gəldi – Koronavirus qorxusu başa çatır!
                                  
Bir neçə gün əvvəl ABŞ və İngiltərənin 400 milyon ədad koronavirus vaksini sifariş etməsindən sonra bu dəfə Avropa Birliyi ölkələri eyni addımı atıb.

Gender.az Azerforum.com-a istinadən xəbər verir ki, Avropa Birliyinin aparıcı ölkələri olan Almaniya, Fransa, İtaliya və Holandiya İngiltərənin “AstraZeneca” dərman istehsalı şirkətinə 400 milyon ampula vaksin sifariş verib.
 
Bununla da birlik ökələrinin əhalisinin virusdan tam qorunması və ittifaq daxilində sərbəst hərəkəti planlaşdırılır.
Almaniyanın səhiyyə naziri Jens Spahn əczaçılıq şirkəti ilə bağladıqları müqavilənin Avropa ölkələrinin marağına xidmət etdiyini deyib. “AstraZeneca”-nın CEO-su Paskal Soriot isə Avropadakı tədarük və təchizat şəbəkələrinin vaksinin sürətlə itehsalına və yayılmasına imkan verdiyini və bu işi yüksək səviyyədə reallaşdırcaqlarını deyib. O, əlavə edib ki, Avropa Birliyi üçün istehsal ediləcək vaksinlərə görə gəlir əldə etməyəcəklər.
Tarix: 04 sentyabr 2020
Baxış: 416

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş