Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yuxu rejimini tənzimləyir, immuniteti gücləndirir – Ekspert

Beyindəki pineal vəzinin ifraz etdiyi melatonin bədəndə bioritmi tənzimləyən hormondur. Təbii neyrotransmitterlər kimi təsnif edilir. Gənc və orta yaşlı insanlarda 5 və ya 20 mikroqram səviyyəsində ifraz olunan bu hormonun həcmi 40 yaşdan sonra azalmağa başlayır. Yaşı 40-ı keçən insanlar daha diqqətli olmalı, yuxu və qida rejiminə xüsusi nəzarət etməlidirlər.
Gender.az bildirir ki, bu fikri Teleqraf.com-a açıqlamasında Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.
Onun sözlərinə görə, melatonin yuxu rejimini tənzimləməklə yanaşı, immunitet sisteminin gücləndirilməsi, bədən temperaturunun tənzimlənməsi və hüceyrələrin yenilənməsi kimi bioloji və fizioloji proseslərdə də mühüm rol oynayır:
“Gecələr yatdığınız mühit tamamilə işıqsız olmalıdır. Elektromaqnit dalğaları melatoninin ifrazının qarşısını aldığına görə televizor, kompüter, mobil telefon və vayfay kimi elektoron cihazların söndürülməsi vacibdir. Siqaret, spirtli içkilər, həddindən artıq qəhvə istehlakı və bəzi dərmanlar da melatonin hormonunun ifrazını dayandıra bilər.
Pineal vəzi şam qozasına bənzədilir. Üçüncü göz, bəsirət gözü və bəzi mənbələrdə ruh molekulu kimi də tanınır. Qədim mütəfəkkirlər bu orqana böyük əhəmiyyət verirdilər. Pineal vəziyə bənzədilələn şam qozasını Buddanın saçlarından tutmuş Misir, şumer və yunan tanrılarına, Assuriya padşahlarına, hətta Papanın əsası, Hitlerin masasına və Cənubi Amerika hindularına qədər hər yerdə görmək olar”.
Ağa Salamov bildirib ki, bu qidalar melatonin ifrazını dəstəkləsə də, bəzi qidalardan imtina etmək lazımdır: “Beyində oreksin adlı bir maddə var ki, yuxu və aclıq kimi zehni fəaliyyətlərin tənzimlənməsində rol oynayır. Boş karbohidrat (rafinə olunmuş un, şəkər,duz, ət məhsulları, rəngli və enerji içkiləri və s.) istehlakı artarsa, oreksinin səviyyəsi azalmağa başlayır. Bu, yorğunluğun artmasına və metabolizmanın pozulmasına səbəb olur.
Xüsusilə payızda depressiyaya meylli olanlar, immun sistemi zəif insanlar zülalla zəngin qidalar qəbul etməlidilər. Məsələn, ət suyundan hazırlanan şorbalar, piti, bozartma, buğlama, paxlalı bitkilər, balıq və sairə qidaları istehlak etmək olar. Çünki zülallı qidalar oreksinin miqdarını artırır.
Triptofan tərkibli qidalar melatonin ifrazını artırır və unutmaq olmaz ki, melatonin dərin yuxu zamanı ifraz olunur, ona görə də yuxu rejimini nəzərə alaraq saat 23:00-dan 05:00-a qədər yatmaq lazımdır. Toyuq, hinduşka , yumurta, süd, qatıq, pendir ,qaymaq, badam, qoz, şabalıd, badam, ananas, banan, yulaf, kətan toxumu, küncüt, eləcə də salmon, sardina və tuna kimi yağlı balıqlar, noxud, mərci, düyü və quru lobya, tünd şokolad, balqabaq toxumları, ispanaq kimi qidalar triptofan tərkiblidir”.
Tarix: 28 avqust 2020
Baxış: 6511

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş