Şokoladla bağlı maraqlı məlumatlar təqdim edirik:
Yüz min il bundan əvvəl Azteklər tərəfindən maye kimi istehlak edilən şokolad, Amerikanın kəşfindən sonra kakaonun Avropaya gətirilməsi ilə meydana gəlib. Aztekslər ədviyyat və kakaonun qarışığından maye şokoladdan hazırlayırdı. İçində şəkər olmadığı üçün acı bir içki idi.
Kakao Avropaya gətirildikdən sonra sənaye inqilabı oldu və şokolada şəkər əlavə edilərək istehsalına başlandı. Şokolad ilk halından tamamilə fərqli oldu. Süd tozununun da qarışdırılması ilə dadı daha yumşaq forma qazandı.
A, B, C, D, E Vitaminləri mövcuddur
Maqnezium, sink, dəmir, mis kimi minerallardan ibarətdir
Həzmi asandır
İmmunitet sistemini gücləndirir
Xoşbəxtlik hissi verir
Keyfiyyəti şokoladda kakao nisbəti 50-70%-dək, şəkər nisbəti isə 30%-dən çox olmamalıdır. Sənaye marqarini deyil kakao yağı istifadə edilməlidir.
Şokolad hamar olamalı, qırıldıqda unikal səs eşidilməli, qırıntısı olmamalıdır. Daxili hissəsi ağac qabığına bənzəməlidir.
Əlimizə aldığımız zaman əriməyə başlamalıdır. Çünki kakao yağı, insan bədəninin temperaturunda əriyir. Əgər bu baş vermirsə deməli istehsal zamanı marqarindən istifadə olunub.
18-22 ° C dərəcədə quru mühitlərdə saxlanılmalıdır. Yüksək temperatura məruz qalması halında, kakao yağı səthdə əriyir və sonra donaraq xoşagəlməz bir mənzərə yaradaraq “istənməyən şokolad”a dönür. Ədviyyatlarla eyni mühitdə saxlamaq olmaz. Ən əsası isə günəş işığına məruz qalmamalıdır.\\Foodinfo.az