Yumurtanın köhnə olduğunu neçə bilmək olar?
Arıqlamaq istəyən hər kəsə yumurtadan çox istifadə etmək məsləhət görülür. Ammaa əlbəttə ki, bu heç bir sağlamlıq problemi olmayan insanlara aid edilir. Zülal mənbəyi olan yumurtanın faydaları saymaqla bitmir. Tərkibi vitamin və minerallaralarla zəngindir. insanı uzun müddət tox saxlayır və metobalizmi sürətləndirir. Yumurta yalnı arıqlamaq üçün yox həm də sağlam qalmaq üçün ən əhəmiyyətli qidalardan biridir.
Təbii ki, bütün bu sadalananlar təzə yumurtaya aiddir.
Bəs yumurtanın yəzə olub olmamasını necə bilmək olar?
Asan yolunu təqdim edir:
Yumurtanın təzə olub olmadığını müəyyən etmək üçün lazım olam tək şey bir stəkan otaq temperaurunda sudur. Bunun üçün yumurtanı stəkana atın.
Əgər yumurta stəkanın dibinə düşərsə bu onun təzə olmasından xəbər verir. Bu cür yunurtanı istifadə edə bilərsiniz.
Bəs əgər yumurta stıkanın ortasında qalsa və ya dibinə ensə?
Əgər yumurta stıkanın ortasında üfiqi vəziyyətdə qalarsa bu onu çox da köhnə olmadığını bildirir. Amma əgər yumurta şaquli olaraq stəkandakı suyun səthinə yaxşın dayanırsa o zaman bu yumurtanın köhnə olmasından xəbər verir. Bu yumurtanı atsanız yaxşı olar. \\Medicina.az
Tarix: 21 fevral 2019
Baxış: 509
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş