Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"Heç kəs sizi aldatmır, virus var, yayılır və öldürür" - Azərbaycanlı həkim
Mitinqlər və nümayişlər koronavirus yayılmasına necə təsir edir? Hər mitinqdən sonra biz yoluxan insan sayındakı "partlayışı niyə görmürük"?
Budur artıq 8-ci aydır yeni bir virus bəlasının əlində girinc olmuşuq. Təkcə bizdə də deyil - bütün dünyada. Hamı tətbiq edilən təcrid qaydalarından təngə gəlib. Hər gün, hər dəqiqə kimsə təcrid siyasətinin gətirdiyi məhdudiyyətlərdən şikayət edir.
Və budur... Camaat tam təcrid qərarlarına əsasən evində oturmağa məcbur buraxılarkən ABŞ-da, Avropanın bir çox ölkəsində, eləcə də bizdə müxtəlif səbəblərdən mitinq və nümayişlər keçirildi və biz heç bir “partlayış müşahidə etmirik".
Niyə? Yoxsa bizi aldadırlar?
Heç kəs sizi aldatmır. Virus var, yayılır və öldürür. Hələ də yayılır və hələ də öldürür.
Qısa epidemiloji izah. Yoluxucu xəstəliklərin əsas bir parametri var: Yayılma nisbəti, elmi adı ilə Reproduktiv indeks. Bu, bir insanın yoluxdurduğu digər insanların sayıdır. Koronavirus pandemiyası başlayanda bu indeks ortalama 2.24 olaraq hesablanmışdı. Bəzi ölkələrdə, eləcə də Azərbaycanda bu rəqəm bir ara 6-ya qədər çıxdı, amma Almaniya aldığı tədbirlərlə bunu 0.6-ya qədər endirə bildi.
Deməli belə. Götürək ki, sizin 10 milyon əhaliniz var. Bunlardan 1 000 nəfərdə virus olsun. Yəni hər 10 min adamdan birində. Virusun yayılma nisbəti də 3 olsun.
Əgər siz heç bir tədbir görməsəniz, 1 000 nəfər tezliklə 3 000 nəfər olacaq.
Əgər siz camatı evə qapadıb 9 milyon insanın hərəkətini məhdudlaşdırsanız, geridə qalan 1 milyon insan artıq 300 yoluxmuş insan "istehsal" edəcək. Yəni yoluxma sayında 2 700 azalma əldə edirsiniz.
İndi bu 9 milyondan 20 000 nəfər mitinqə çıxsın. O zaman toplanmış insan arasında viruslu insan olma ehtimalı 2 nəfər olur. Bir mitinqdən neçə yeni yoluxmuş insan çıxacaq? Bəli, 6 nəfər.
Siz 2 700 azalma əldə edərkən 6 yeni viruslu insan çıxması o qədər də qorxulu deyil.
Bir ölkənin, şəhərin karantinə alınması milyonlara təsir edir və bu sizin gözünüzə görünmür. Amma bir meydana toplanmış 20 000 adam gözə batır. Səhvi burada edirik.
Siz vedrəni doldurarkən su şırnağı yaxşıdır və vedrədə iynə dəliyi boyda dəlik varsa, vedrəni yenə də doldura biləcəksiniz.
 
Vasif İsmayıl
Həkim
 
Tarix: 17 avqust 2020
Baxış: 431

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş