Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Koronavirusla bağlı açıqlama: Ağır xəstə sayı artır
 

“Dünyada ikinci dalğa ehtimalının yüksək olduğunu görürük. Türkiyədə hazırkı günləri çox yaxşı dəyərləndirməliyik. Rusklər hələ davam edir”.
 
Gender.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun növbəti toplantısından sonra bildirib. Onun sözlərinə görə, Türkiyədə hər gün açıqlanan rəqəmlərə baxdıqda, ölüm sayında azalma müşahidə olunsa da, intensiv terapiya müalicəsi alan xəstə sayında artım var.
 
F.Qoca COVID-19-la əlaqədar birinci dalğanın Türkiyədə hələ davam etdiyini, İstanbul, İzmir kimi böyük şəhərlərdə nisbətən azaldığını, bəzi bölgələrdə isə artmağa başladığını deyib.
 
Nazir Qurban bayramı ərəfəsində küçəyə çıxma məhdudiyyəti olmadığı üçün infeksiyadan qorunmanın vacibliyini bildirərək, Daxili İşlər naziri Süleyman Soylu ilə dünənki görüşündə bayram zamanı görüləcək təhlükəsizlik tədbirləri haqqında danışdıqlarını deyib: “Sabah Daxili İşlər Nazirliyi bu tədbirlər haqqında açıqlama verəcək”.
 
Avqustun 31-dən məktəblərin açılması ilə bağlı məsələyə gəlincə, F.Qoca deyib ki, qarşıdakı iki həftə ərzində Təhsil Nazirliyilə birgə danışıqlar aparılacaq və təhsilin hansı şəkildə davam edəcəyi müəyyənləşdirləcək.
 
Qeyd edk ki, Elm Qurumu 4 aydan sonra ilk dəfə canlı toplantı keçirib.APA
Tarix: 29 iyul 2020
Baxış: 381

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş