Soyuq mövsümdə qrip və KRVİ epidemiyaları koronavirusun yayılması ilə üst-üstə düşə bilər. Bu səbəbdən səhiyyə sisteminə təzyiqi azaltmaq üçün tədbirlər görülməlidir.
“RİA Novosti”nin məlumatına görə, bu barədə İsrailin İxilov Hospitalının həkimi Gay Hoşen xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, peyvənd mövsümi qripə qarşı ən təsirli vasitədir.
“Qarşıdan gələn epidemiyaların mürəkkəbliyi bu xəstəliklərin əlamətlərinin demək olar ki, fərqlənməməsidir”, – deyə o vurğulayıb.
Həkimin sözlərinə görə, COVID-19-a çox bənzəyən müxtəlif tənəffüs yolları viruslarının simptomları olan xəstələr xəstəxanalara axın etməyə başlayacaqlar:
“Mikrobioloji yoxlama edilməyincə fərqi müəyyənləşdirmək olduqca çətindir. Səhiyyə sistemi çox yüklənəcək”, - deyə həkim xəbərdarlıq edib.
O, payız fəslində qripə qarşı peyvəndin icbari olmasını təklif edib.
Xatırladaq ki, dünyada 14 280 589 nəfərdə koronavirus aşkar edilib. Virusa yoluxanlardan 601 268-i ölüb, 8 531 281-i sağalıb.\\Oxu