Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qadınlar bu gigiyena vasitələrindən İMTİNA ETMƏLİDİR
London imperator kolecinin alimləri sübut edir ki, qadınlar qadin intim gigiyena vasitələrindən imtina etməlidir. Söhbət bu bölgələr üçün nəzərdə tutulmuş sabun və gellərdən gedir.
Alimlər KİV-dən qadınlara müraciət edib. Müraciətdə onlar qeyd edirlər ki, heç bir həkim belə vasitələrdən istifadə etməyi tövsiyə etmir və bu yalnız reklam hiyləsidir.
Alimlərin fikrinə görə, intim gigiyena vasitələri nəinki heç bir fayda vermir və yalnız pul itkisidir, bu vasitələr qadın sağlamlığına ziyan vurur. Bunun bir çox səbəbləri var:
 - Digər tərəfdən bu vasitələr infeksion və göbələk xəstəliklərinin, vaginanın mikroflorasının pozulmasının riskini artırır.  
- İntim gigiyena vasitələri dərini həddindən artıq qurudur və bu da mikroçatların əmələ gəlməsinə səbəb olur ki, bu da müxtəlif infeksiyaların riskini artırır.
Həkimlər vaginanın daxilini xüsusi vasitələrlə yumağı qəti şəkildə tövsiyə etmirlər. Uşaqlıq yolu özü özünü təmizləyən orqandır və istənilən "müdaxilə" qadın sağlamlığına yalnız ziyan vurur. Bu həm adi sabun və gellərə, həm də "xüsusi" vasitələrə aiddir. \\Oxu24
 
Tarix: 18 iyul 2020
Baxış: 333

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş