Şad xəbər - COVID-19-a qarşı UĞURLU SINAQ
Oksford Universitetində Böyük Britaniya-İsveç əczaçılıq şirkəti - “AstraZeneca”nın dəstəyi ilə dövlət vəsaiti hesabına hazırlanmış COVID-19 virusuna qarşı peyvəndin sınaqlarında müsbət nəticələr əldə edilib.
Yeni dərmanın immun gücünü artırdığı məlum olub.
Mötəbər mənbənin dediyinə görə, bu dərmanın səmərəsi bir çox digərlərindən fərqli olaraq anticisimlərin və limfositlərin (T-hüceyrələrinin) təsir gücünə əsaslanır. Bununla belə immun gücünün artırılması baxımdan məhz limfositlərin daha çox əhəmiyyət daşıdığı bildirilir.
Yeni dərmanın nə qədər səmərəli olduğu hazırda koronavirusun daha çox vüsət aldığı Braziliyada keçirilən üçüncü mərhələ sınaqlarında bəlli olacaq. Sınaqlar uğurla başa çatarsa, dərmanın sentyabr ayından kütləvi istehsalına başlana biləcəyi qeyd olunur. \\Report
Tarix: 15 iyul 2020
Baxış: 342
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş