Redaktor seçimi
    Qarabağa bir erməni qayıtsa... - Millət vəkili
Xəbər lenti
Reklam
Aritmiya nədir? – Gənclərdə aşkarlanan ürək probleminin sirri
Aritmiya – ürək-damar sisteminin geniş  yayılmış bir xəstəliyidir. Bu problem son zamanlar gənclər, hətta yeniyetmələrdə də aşkarlanır.
Mersatel aritmiya kardioloq və aritmioloqa müraciət etmək üçün ciddi səbəbdir.
Dəbdə olan xəstəliyin əlamətlərini təqdim edirik.
Aritmiya ürək əzələsinin xəstəliyi olub, ürəyin yığılıb açılması hərəkətləri tezliyinin pozulmasıdır.
Yaranma səbəbləri:
-Kəskin və xroniki ürək əzələri xəstəlikləri – miokardit, perikardit, anadangəlmə və qazanılmış ürək qüsuru
-Döş qəfəsinə zərbə, travma nəticəsində daxili orqanlara təzyiq
-Bir çox dərmanların doza həddinin aşılması
-Narkotik maddələr
-Orqanizmin uzun müddət susuzlaşması
-Alkoqol
-Qanxanvari vəzi hormonal pozuntular
Aritmiya zamanı ürək yığılmalarının sayı və impulsu artır, ritm pozulur, təzyiqi ölçdükdə nəbz 120-ni keçir.
Aritmiya uzun müddət simptomsuz, gizli keçir, ciddi əlamət vermir. Əgər biruzə verdisə, ikiqat güclü təsirlə başlayır.
Əlamətləri: 
Stress, nevtroz və panik atak halına çox bənzəyir: ürəyin çırpınması, soyuq tər, qorxu, ölüm qorxusu, xəstə özünə yer tapmır, döş qəfəsində sıxılma, ağrı, nəfəs çatmaması, tez-tez nəfəs alma, baş gicəllənmə, bu an huşunu itirəcəkmiş kimi hiss. Həyəcandan sidik ifrazı, gbədəndə halsızlıq, düşüncənin ləngiməsi. Bir sözlə, insan qəfil yaxalanır, öləcəyini düşünür.
Müalicəsi
Əgər vaxtında diaqnoz edilib müalicə olunmazsa, kəskin ürək çatışmazlığı və tromboemboliya ilə nəticələnə bilər.
Diaqnoz üçün EKQ, EXQ aparat müayinəsi, marker, koaquloqamma analizi tələb olunur.
Müalicəsi yaxşı olar ki, aritmioloq tərəfindən təyin olunsun. Ağır hallarda invaziv əməliyyatla aritmiya ocağı yandırılır.\\Medicina.az  
Tarix: 28 mart 2019
Baxış: 626

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş