Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.
Məlumata görə, rəis bir neçə gündür xəstəxanada müalicə alır. Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.
Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur.
Gender.az bildirir ki, deputat Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib:
"Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.
Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: