Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Firma dərman"ıdır deyib keçməyin... - Müayinədən yayınanların nəzərinə!
"Azərbaycanda yaşayan insanlarda belə bir fikir formalaşıb ki, firma dərmanları satılır. Nəzərə almaq lazımdır ki, dərmanlar ölkəyə xaricdən gətirilir. Preparat istehsal etmirik".
Gender.Az bildirir ki, bu sözləri Şərq.Az-a tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "həkimlər firma dərmanları yazır"- deyən pasiyentlərin müayinə və müalicəyə laqeyd yanaşmasından danışarkən deyib. Onun sözlərinə görə, bütün dərmanlar şirkətlər və ya dövlət səviyyəsində qayda-qanunla ölkəyə gətirilir: 


"Həmçinin laboratoriyada yoxlanılır, sonra satışa çıxarılır. Bəs həkim hansı dərmanı yazsın?! İnsanlarda formalaşan bu yanlış düşüncəni aradan qaldırmaq lazımdır. Ölkəyə daxil olan dərmanlardan başqa yerli istehsal olunan hansı dərman çeşidləri var?! Preparatlar ölkəyə gətirilməsə, pasiyentləri nə ilə müalicə edə bilərik?! Bəzən eyni molekuldan olan 2 və ya 4-5 cür dərmana rast gəlinir. Artıq xəstəyə verilən təyinat həkimin savadından asılıdır. Pandemiya dövründə müəyyən qədər dərman qıtlığı yarandı. Hazırda da yeni-yeni dərmanlar yaranır. Dərman çeşidinin çox olmağı yaxşı haldır. Nəticədə preparat növlərinin lazımi qədər ölkəyə gətirilməsi həkimlərin bir xəstəliyin dinamikasına uyğun şəkildə təyinat verməsinə kömək olur".
Qeyd edək ki, bu gün bir çox həkimin müalicə üçün xəstəyə "firma dərmanı" yazdığını iddia edən insanlar müayinələrə getməkdən yan keçirlər. Həkim təyinatına ciddi yanaşmırlar. 
Bu gün həkim və dərman satışı ilə məşğul olan şirkətlərin əməkdaşlığı var. Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Tarix: 04 iyul 2023
Baxış: 233

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş