Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ev şəraitində mazolların təbii müalicəsi

Mazollar ayaq altında, barmaqların üstündə və ya arasında inkişaf edən, sərt mərkəzi nüvəsi olan ölü dəri böyüməsidir. Ayağın ön hissəsində də əmələ gələ bilər. Bir sözlə, dərinin sürtünmə və ya təkrar təzyiqə qarşı müdafiə reaksiyasıdır. Lakin dözülməz ağrıya səbəb olan  mazollardan ev şəraitində və asan tətbiqlərlə xilas olmaq mümkündür.
Mazollardan xilas olmaq üçün  tətbiqi  ən çox bilinən üsullar:
İlıq su
Ayaq və ya barmaqlardakı Mazollar 20 dəqiqə ilıq suda isladılır. Daha sonra nahiyə oxalanır və yumuşalmış dəri xaric edilir. Bu üsul həftədə 2-3 dəfə  tətbiq  edilir.
Ağ Sirkə və Soğan Müalicəsi
Bu resept  üçün  lazımlı  materiallar belədir:
  • Bir stəkan ağ sirkə
  • Bir ədəd soğan
  • şüşə qab
  • Pambıq
  • Bint
Soğanı doğrayın və  ağ sirkə ilə birlikdə  şüşə qaba  qoyub qapağını bağlayın.  8 saat  gözlədikdən sonra biraz pambığı  qabdakı tərkib ilə  isladaraq Mazolun üzərinə  qoyub bintlə bərkidin. Resepti 10 gün tətbiq edin.
 Alma sirkəsi
4 stəkan suya dörd xörək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Mazol olan nahiyəni  məhlul ilə 20 dəqiqə isladın. Daha sonra oxalayaraq dərini təmizləyin.
Sarımsaqlı Zeytun yağı
Materiallar:
  • Üç diş sarımsaq
  • İki xörək qaşığı zeytun yağı
  • Bint
  • Pambıq
Üç diş sarımsağı bir qabda incə doğradıqdan sonra   üzərinə iki xörək qaşığı zeytun yağı  əlavə edib qarışdırın. Pambıq yardımı ilə əvvəlcə  tərkibi  mazolun üzərin çəkin daha sonra  pambığı  mazolun üstünə qoyub bintlə bərkidin. Bunu  bir həftə, gündə  bir dəfə  tətbiq edin.
Gənəgərçək yağı
5 xörək qaşığı gənəgərçək yağını 1 litr suya əlavə edin. Daha sonra  Mazollu  nahiyəni  məhlulla  yaxşıca islatdıqdan sonra  oxalayaraq ölü dəriyi təmizləyin.
Pomidor qabığı
Pomidorun qabığını mazolun  üzərinə qoyub tənzif  və ya  bir təmiz dəsmal ilə  bağlayın.
Ananas qabıqları
Ananasın qabığını soyun. Qabığın daxili hissəsini mazolun üzərinə  qoyub  tənzif və ya dəsmal ilə  bağlayın. Bunu 7 gün  tekrar edin.
Çay ağacı yağı
İlıq su ilə dolu bir qaba 2-3 damcı çay ağacı yağı  əlavə edin. Dəriniz yumşalana və Mazolun qalxdığını hiss edənə qədər problemli nahiyəni  məhlulda isladın. Sonra  ilıq su ilə yuyun
Çobanyastığı suyu
Təxminən 1 litr suya təzə çobanyastığı və ya çobanyastığı çayı əlavə edin. Bir neçə  dəqiqə gözləyib daha sonra  ayaqlarınızı  30 dəqiqə  hazırladığınız məhlulda  saxlayın. Bunu  fasiləsiz bir neçə gün tətbiq edin.
Banan qabığı
Bananın qabığını  Mazolun üstünə qoyun
Əncir
Yaşıl, yetişməmiş əncir şirəsi əllərdə və ayaqlardakı  mazolların müalicəsində  təsirlidir. Yaşıl  əncirin şirəsi gündə üç dəfə Mazollu nahiyəyə çəkilir. Limon
Mazolun  üzərinə təzə limon suyu çəkin və qurumasını gözləyin. Bunu gündə üç dəfə tekrar edin və ya  bir xörək qaşığı limon suyuna iki mixək atın və təxminən 15 dəqiqə  gözlədikdən sonra mixəkləri çıxarın və limon suyunu  Mazolun  üzərinə çəkin.  Bu gündə üç dəfə tətbiq edilmilidir.
Qabartma tozu və limon
Bir qaba ilıq su  və 2 xörək qaşığı limon suyu əlavə edin və mazol  nahiyəsini 2 dəqiqə məhlulda saxlayın daha  sonra  qabartma tozunu əlavə  edin və  5-10  dəqiqə  daha  gözlədikdən sonra  mazolun  üzərini  oxalayaraq dəriyi təmizləyin.\\Saglamolun.az
Tarix: 23 may 2023
Baxış: 424

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş