Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Alimlərdən YENİLİK: ağciyər xərçəngini erkən müəyyən etmək mümkün olacaq

Alimlər ağciyər xərçəngini erkən mərhələdə aşkarlaya bilən süni intellekt modelini təqdim ediblər.
Gender.Az xəbər verir ki, həkimlər, alimlər və tədqiqatçılardan ibarət qrup ağciyər xərçəngini erkən mərhələdə dəqiq müəyyən edə bilən süni intellekt modeli yaradıb. Onların fikrincə, bu modeldən istifadə etməklə xəstəliyin diaqnozunu sürətləndirmək və xəstələrin uğurlu müalicə şansını artırmaq olar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 10 milyon insan xərçəngdən ölür. Ancaq əksər hallarda xəstəlik erkən mərhələdə aşkar edilərsə və xəstə vaxtında müalicə alarsa bu rəqəmi azaltmaq mümkündür.
Mütəxəssislər bildirir ki, tədqiqat hələ ilkin mərhələdədir və səhiyyə sistemində tətbiq edilməzdən əvvəl sınaqdan keçirilməlidir.
Araşdırmanın aparıcı tədqiqatçısı Richard Lee, texnologiyanın xərçəngin erkən aşkarlanmasına kömək edəcəyinə ümid etdiyini söyləyib. Erkən xərçəng diaqnozu qoyulan xəstələrin 5 illik sağ qalma nisbəti gec diaqnoz qoyulanlardan daha yüksəkdir. \\KONKRET.az

Tarix: 02 may 2023
Baxış: 357

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş