Əsəb sakitləşdirici 15 təbii resept - XALQ TƏBABƏTİ
Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar. Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.
- Bir sıra mənfi amillər - nigarançılıq, təngə gəlmək, yorğunluq da nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar. Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət təsir göstərir.
- Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100 qram qaynar suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər. Onun yağını isə əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir.
- Əsəbi narahatlığı olanlar üçün üzüm xeyirli vasitələrdən biri sayılır. Onun şirəsini işlətmək daha yaxşıdır. İspanaq və vəzəri də yorğunluq və əsəbi narahatlıq zamanı faydalıdır.
- Əsəb ağrıları olan yerlərə qozun qərzəyindən, bişmiş kələm yarpağından təpitmə qoymaq müsbət təsir göstərir. Sarımsağı döyüb yumşaldır, onu kamfora yağı ilə qatıb fəqərə sütununa sürtürlər. Bu cür masaj həm yorğunluğu çıxarır, həm də əsəbləri sakitləşdirir.
- Əsəbi hallardan sonra, çox fikirli və qəmli olarkən, 50 qramadək reyhanı (çiçək və yarpağı ilə birlikdə) 1 litr qaynanmış suda bir müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib, yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladaraq qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd badam yemək tövsiyə edilir.
- Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olurlar. Onlar üçün yemək zamanı mərcimək və ərik işlətmək məsləhət görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən olan üz ağrıları, ürək döyüntüsü, əsəbi qıcıqlar və öskürək zamanı məsləhətli sayılır. Çox yorğun olan və əsəbi narahatlıq keçirən adamlar üçün bal ən yaxşı qidalardan biridir.\
- Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.
- Əsəbilik yüksələndə və qıcıqlanma güclənəndə belə etmək lazımdır: 1/3 stəkan qırmızı çuğundur şirəsini sərin yerdə 3 saat saxlayın, sonra bərabər miqdarda balla qarışdırın, yeməkdən qabaq 2-3 hissəyə bölüb qəbul edin.
- 1 xörək qaşığı çobanyastığı çiçəyini, 500 qr. üzüm sirkəsini, 5 xörək qaşığı balı birlikdə qarışdırın, 1,5 litr su əlavə edin, ağzı qapalı qabda 1 dəqiqə qaynadın, süzün, soyuducuda saxlayın. Ondan gündə 2 dəfə yeməkdən qabaq 2/3 stəkan için. Bu əsəbilik nəticəsində ürəkgetmənin qarşısını almağa köməl edəcək.
- Andızın kökünü xırdalayıb qaynadırlar, onun bir stəkanına 1 xörək qaşığı bal çalıb gündə 3 dəfə 1/3 stəkan içirlər. Bu bayılması olanlara kömək edir.
- Buğda kəpəyinin sıyığını bərabər miqdarda bala qarışdırıb səhər acqarına, axşam isə yatmazdan qabaq 1 xörək qaşığı qəbul etmək yüksək əsəb qıcıqlanmasının qarşısını alır.
- 1 çay qaşığı balı para limonun şirəsilə qarışdırıb bir stəkan dağ suda həll etmək, gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/3 stəkan içmək əsəb qıcıqlanmasında istifadə olunur.
- Yetişmiş almanı doğrayıb qaynadın və bərabər miqdarda balla qarışdırın, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin. Bu ürəkgetmənin qarşısını almağa kömək edə bilər.
- Bərabər miqdarda aloe (ǝzvay) şirəsilə balı qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl qəbul etmək əsəb sistemi xəstəliklərini sağaldır.
- Zəncəfli bərabər miqdarda balla qarışdırıb, gündə 2-3 dəfə 1 çay qaşığı qəbul etsəniz, əsəblər sakitləşər və əhval-ruhiyyəniz yüksələr.
Sevinc Hüseynova
Tarix: 29 aprel 2023
Baxış: 618
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş