Sağlamlığımız qidalanmamızdan asılıdır. Tərkibindəki natrium, şəkər və yüksək miqdarda zərərli yağlar ürək sağlamlığı üçün böyük təhlükə yaradır. Mütəxəssislər ürək sağlamlığına mənfi təsir edən qidaların siyahısını açıqlayıb.
YAĞLAR
Qatı yağ otaq temperaturunda sərtləşdiyi üçün daha çox zərərli doymuş yağlardan ibarətdir.
Ürək Fondunun məlumatına görə, gündəlik kalorilərinizin yalnız 5%-ni doymuş yağlardan kətan yağında olanlar kimi poli doymamış yağlarla əvəz etmək ürək xəstəliyi riskinizi təsirli 10% azaldır.
CİPS
Heç kimə sirr deyil ki, kartof çipsləri sağlam qidalanmaya aid deyil. Çipslərin tərkibində kalori, yağ və natrium yüksəkdir.
Sağlam ürək üçün aşağı natriumlu pəhriz vacibdir. Amerika Ürək Assosiasiyasının verdiyi məlumata görə, gündə 2300 milliqramdan çox (bir tam çay qaşığına bərabər) duz istehlak etmək yüksək qan təzyiqi riskinizi artıra bilər. Bu da ürək-damar xəstəlikləri üçün ciddi risk faktorudur.
TORT
Mağazalarda satılan tortlar, təkcə yüksək şəkər ehtiva etmir, həm də trans yağın potensial mənbələri olan qismən hidrogenləşdirilmiş yağlarla hazırlanır.
Trans yağlar işlənmiş qidalarda qadağan edilsə də, onları bişmiş məhsullarda və bir çox restoran yeməklərində istifadə edirlər.
POMİDOR SUYU
Gözlədiyiniz qidalandırıcı likopen tərkibinin əksinə, konservləşdirilmiş pomidor suyu uzun raf ömrü üçün istifadə edilən yüksək natrium tərkibi ilə problem yaradır.
KƏRƏ YAĞI
Vaxtaşırı çörəyin üzərinə bir çay qaşığı kərə yağı sürtmək tamamilə məqbuldur, lakin onu pankek və digər şirniyyatlarda istifadə etmək ateroskleroz xəstəliyinə tutulma riskini artırır.
PENDİRLİ BURQER
Ən sevimli fast food seçimlərindən olan çizburgerin tərkibibində yüksək miqdarda duz və doymuş yağ mövcuddur.
Bu da damar sağlamlığınıza zərərlidir. Burqerin tərkibində həm də yağlı pendir və yüksək natrium tərkibli souslar da var. Buna görə də ürək xəstəlikləri riskini artıra bilər.
AĞ DÜYÜ
Ağ düyü, lif və qida maddələri ilə zəngin olan kəpəyi təmizlənərək istifadə edilir. Bu da çəki artımına və insulinin artmasına səbəb olur. Onun yerinə qəhvəyi düyüdən istifadə etmək tövsiyə edilir. \\Saglamolun.Az