Dodaqların daim qurumasının SƏBƏBİ
Dodaqların daimi qurumasının səbəbi açıqlanıb.
Bu barədə dermatokosmetoloq Vladimir İvkin bildirib. Onun sözlərinə görə, fəsildən asılı olmayaraq dodaqların quruması və çatlaması, dodaqların ətrafında və qaş nahiyəsində dərinin soyulması, bədənin ümumi susuzluğundan və B vitaminlərinin (xüsusilə piridoksin B6) çatışmazlığından xəbər verir.
Həkim bildirir ki, səbəb həmçinin bitki yağlarından və balıqdan alınan sağlam yağların çatışmazlığı və ya ağızın daim açıq olması ola bilər.
Mütəxəssis gündə iki litrə qədər su içməyi tövsiyə edir: "Mütləq testlərdən keçin və orqanizm üçün lazım olan vitaminlərin qəbulu və onların dozası ilə bağlı mütəxəssislə məsləhətləşin". \\Lent.az
Tarix: 25 aprel 2023
Baxış: 237
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş