DİABETEA ÇAY (ŞƏKƏRLİ DİABET ÜÇÜN ÇAY)
Tәrkibi: Zeytun yarpağı, zәncәfil kökü, sarıkök, tut yarpağı, darçın qabığı, qaragilә zoğları, mәkkәgülü çiçәyi, әmәkömәci otu, lobya meyvәsinin qını.
İstifadәsinә göstәriş: I tip şәkәrli diabet, II tip şәkәrli diabet, diabetönü vәziyyәt, piylәnmә.
İstifadә qaydası: İki filtr-bağlamanın üzәrinә 200 ml (1 stәkan) qaynar su tökülür, 15 dәq. dәmlәnir, otaq temperaturunda soyudulur. Gündә 3 dәfә, hәr dәfә 200 ml (1 stәkan) yemәkdәn әvvәl ilıq şәkildә daxilә qәbul edilir.
MİRFAZİN ÇAYI (ŞƏKƏRLİ DİABET ÜÇÜN ÇAY)
Tərkibi: Qaragilə zoğları, lobya meyvəsinin qını, itburnu meyvəsi, gicitkən yarpağı, aptek çobanyastığı çiçəyi, bağayarpağı yarpağı, dazıotu otu, gülümbahar çiçəyi, boymadərən otu, damotu otu, şirin biyan kökü, andız kökü və kökümsovu.
Farmakoloji təsiri: İnsulinin sintezi və sekresiyasını artırır, qlükozanın toxumalar tərəfindən utilizasiyasını təmin edir. Qanda şəkərin, xolesterinin miqdarını azaldır. Karbohidrat, lipid, su-duz mübadiləsini, mədəaltı vəzin fəaliyyətini tənzimləyir, mədəaltı vəzin qanla təchizatını yaxşılaşdırır. Orqanizmin suya tələbatını və poliuriyanı azaldır. Angioprotektor, neyroprotektor, nefroprotektor və hepatoprotektor təsir göstərir. Toxumaların regenerasiyasını və trofik xoraların sağalmasını sürətləndirir.
İstifadəsinə göstəriş:
I tip şəkərli diabet (yanaşı)
II tip şəkərli diabet (yüngül və orta ağırlıqlı)
Piylənmə
Postprandial hiperqlikemiya
Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir. Müalicə kursu 4-6 həftədir, il ərzində 3-4 kurs qəbul etmək lazımdır. \\Saglamolun.Az