Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Çörəyi soyuducuda saxlamağın BİLİNMƏYƏN ZƏRƏRLƏRİ

Evimizdə ən çox istifadə edilən və imtina edə bilmədiyimiz çörəyi soyuducuda saxlayırıq ki, köhnəlməsin. Bunu oxuduqdan sonra bu vərdişindən əl çəkəcəksiniz. Çünki çox zərərlidir.
Süfrələrimizin ən çox istehlak edilən qidası olan çörəyin necə və hansı şəraitdə saxlanması vacib məsələdir. Çörəyin təravətini itirməməsi və eyni zamanda sağlamlıq baxımından yaxşı bir şəkildə saxlanması üçün saxlanma üsuluna diqqət yetirilməlidir.
Çörək soyuducuya daxil olduqdan sonra içindəki karbohidrat molekulları "retrogradasiya"ya keçir. Bu o deməkdir ki, çörəyin tərkibindəki molekullar kristallaşır.
"Molekullar kristallaşarsa nə olar?" Dərhal izah edək: Su molekulları yavaş-yavaş çörəyi tərk edir və karbohidrat molekulları tək qalır. Bu da ilk alınanda daha tez bayatlanan və dadını itirən çörək kimi bizə qayıdır.
Çörəyi soyuducuda saxlamaq heç də yaxşı alternativ deyil.
Təsəvvür etdiyiniz kimi, çörəyin xarab olması və bayatlaşmasının qarşısını almaq üçün görəcəyiniz ilk tədbir, yeyə biləcəyiniz miqdarda çörəyi almaq və təzə istehlak etməkdir.
Amma bunu edə bilmirsinizsə, bu çörəkləri xüsusi saxlama qablarında təmiz, sərin bir mühitdə hava keçirməyən şəkildə saxlaya bilərsiniz. Hətta mətbəx tezgahınız 2-3 gün müddətinə soyuducudan daha yaxşı seçim olacaq. \\Saglamolun.Az

Tarix: 08 aprel 2023
Baxış: 263

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş