Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Hər gün qara çay içsəniz, orqanizmdə nə baş verər?

Hər gün qara çay içməyin orqanizm üçün təsirləri açıqlanıb.

Gender.Az xəbər verir ki, bu barədə “The List” portalı məlumat yayıb.

Onları təqdim edirik:

Çay ağız qoxusunu aradan qaldırır

Qara çayda olan polifenollar ağız qoxusuna səbəb olan bakteriyaları öldürür. Çayın bu təsirini hələ 2003-cü ildə İllinoys Universitetinin tədqiqatçıları təsdiq edib. Çayda olan polifenollar üç növ bakteriyanın böyüməsini 30 faiz ləngitdiyi aşkar edilib.

Çəki atmasının qarşısını alır

Çay iştahı azaldan qidalardan biridir. Bu da arıqlamaq üçün yaxşı alternativdir. Amma arıqlamaq istəyənlər çalışıb çayı süd və şəkərlə içməsin.

İnfeksiyaların inkişafının qarşısını alır

Həkim Mayk Golpa deyir ki, gündə bir-iki fincan qara çay ağız yoluxucu xəstəliklərin qarşısını almağa kömək edir. Ağız qoxusuna qarşı mübarizə aparan polifenollar, həmçinin boğaz ağrısına səbəb ola biləcək bakteriyalarla da mübarizə aparır. Buna görə də boğaz ağrısı üçün qara çaydan istifadə yaxşı seçimlərdən biridir.

Bundan əlavə, qara çay şəkər xəstəliyinə nəzarət etməyə də kömək edir.

“Şəkərli diabetin müalicəsində qara çay polisaxaridindən istifadə potensialı var”, - aparıcı Haixia Çen bildirib.

Kariyesin inkişaf riskini azaldır

Dişlərdə kariyes boşluğunun yaranmasının qarşısını almaq üçün qara çay çox effektivdir. Qara çay flüor mənbəyidir. Flüor digər çayın tərkibindəki tannik turşuları ilə birləşdikdə diş dibləri güclənir və kariyes boşluqlarını aradan qaldırır.\\Lent.az

Tarix: 03 aprel 2023
Baxış: 220

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş