Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Hər axşam ayaqlarınızı sirkəli suda saxlayın və faydasını görün

Alma sirkəsi təbii qida maddəsidir. Onun tərkibində çoxlu bioloji aktiv maddələr var. Bu maddələr zərərli bakteriyaların və mikrobların ölməsinə səbəb olur. Cənub ölkələrində kakos yağından bakteriya və mikrobəleyhinə istifadə edildiyi kimi, bizim bölgələrdə də alma sirkəsindən bu məqsədlə istifadə edilir.
Alma sirkəsinin aşağıdakı faydları vardır.  
* Boğaz ağrıları zamanı
¼ stəkan alma sirkəsi 1 stəkan isti suya qarışdırılır və boğaz qarqara edilir. Bu prosedur boğazda əmələ gələn zərərli mikrobların məhv olmasına və anginanın sağalmasına səbəb olur.
* Qıcqırma əleyhinə
1 çay qaşığı alma sirkəsi az miqdarda suya qatılıb içildikdə mədənin turşuluğu azalır və qıcqırma hissi aradab qalxır.
* Burun tutulmaları zamanı
Əgər sizdə soyuqdəymə əlamətləri varsa və ya burnunuz tutulubsa o zaman 1 çay qaşığı sirkəni 1 stəkan suya qatıb için. Alma sirksini iylmək soyuqdəymə əlamətlərini aradan qaldırır. Sirkənin tərkibində olan A, B1,B2, B6, C vitaminləri var.
* Qripp
Burun ətrafı nahiyənin alma sirksi qarışdırılmış su ilə silmək sizi qrip xəstəliyinə yoluxmaqdan qoruyar.
* Kəpək əleyhinə
Alma sirkəsi qatılmış su ilə saçları yaxaladıqda kəpək probleminin aradan qalxmasına və saçların parıldamasına səbəb olur.
* Qıcolma leyhinə
Orqanimdə kaliumun çatışmazlığı özünüəzələlərdə qıcolmaların baş verməsi ilə bildirir. Bunun üçün 2 xörək qaşığı alma sirkəsinə 1 çay qaşığı bal əlavə edilir və bir stəkan isti suda çalınıb içilir. Sirkənin tərkibində olan maqnium, dəmir, fosfor və gümüş orqanizmdə olan mineral çatışmazlığını aradan qaldırır.
* Dəri qaşınmaları  
Qaşınan dərini alma sirkəsinə batırılmış pambıqla sildikdə qaşınma hisssi aradan qalxır. Alma sirkəsi göbələk və bakteriya əleyhinə təsir göstərir.
* Xallar
Üzdə olan xalların üstünü gündə bir-neçə dəfə sildikdə xallar kiçilib yox olur.
* Ayaq iylənməsi
Alma sirkəsi qatılan su ilə ayaqları vanna etdikdə tərləmə və iylərdən qurtarmaq mümkün olur.
* Qarında köpmələr
Qarnınızda kop və qaz yığılırsa o zaman yatmazdan əvvəl bir stəkan ilıq suya 1 çay qaşığı alma sirkəsi qarışdırıb için.
* Evdə olan pis qoxu
Suya sirkə qatıb pulverizatora tökün və evlərinizin iylənmiş nahiyələrinə püskürdün.
* Kir əleyhinə
Alma sirkəsi vasitəsilə texniki əşyaların üzrəinə düşən ləkələri təmizlmək mümkündür. Alma sirkəsi ən yaxşı ləkətəmizləyicilərdən daha effektli təsirə malikdir.
* Boruların tutulması zamanı
Mətbəx boruları tutulduqda bir stəkan sirkə və yarım stəkan soda boruya töküldükdə borular açılır və xoşagəlməz qoxu aradan qalxır.
* Kif əleyhinə
Mətbəx künclərində, hamamda, paltaryuyan maşında kifin olması təbii sayılır. Kifin əmələ gəlməsinin qarşısını almaq üçün isə alma sirkəsindən istifadə edə bilərsiniz. Ağ paltarları yuyarkən isə maşına alma sirkəsi tökmək paltarları daha da bəyazlaşdıracaq.
* Mebel ləkəsi
Mebellərin üstündəki ləkəni təmizləmək üçün alma sirkəsi qarışdırılmış su ilə silmək lazımdır. \\Milli.Az
Tarix: 04 mart 2023
Baxış: 293

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş