Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Çay içmək tromb yaradır, yoxsa...?– Kardioloqdan açıqlama

Elmi araşdırmalara görə, qaynar çay içmək həyati təhlükəli bir məqamın qarşısını ala bilər.
Gender.Az xəbər verir ki, alimlər çayda olan maddənin antitrombotik təsiri olduğunu bildirib.
Sübut olunub ki, çayda olan sistatin qanı durulaşdırı, damarları boşaldır, trombositlərin yapışmasının qarşısını alır.
Kardioloq Oleq Varfolomoyev bu barədə məlumat verib.
“Çayın antioksidant təsiri ilə ürək sağlamlığına faydalı olduğu məlumdur.
O, hətta təzyiqi də nolmallaşdıra bilir.
Çayda olan polifenol və flavanoidlər beyin və ürəyə yaxşı təsir edir, qanın laxtalanmasının qarşısını alır. Alimlər sübut edib ki, müntəzəm olaraq çay içənlərin ürək xəstəliyi və insultdan əziyyət çəkməsi az baş verir.
Amma çayı normasında içmək lazımdır.
Gündə 3 fincan çay ürək-beyin xəstəliklərini 24% azaldır. Eləcə də bu xəstəliklərdən ölüm riskini də salır.
Söhbət təbii ki, natural çaydan gedir”.
Çay damarların endotellərinin vəziyyətini yaxşılaşdırdığı üçün qan təzyiqini də salır. Çay beyin qan dövranını yaxşılaşdırır, depressiya, psixoloji problemlərdə faydalıdır.

Mənbə: Medicina.Az

Tarix: 08 fevral 2023
Baxış: 230

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş