İnsanlar arasında yatmaqla keçməyən, istirahətlə azalmayan xroniki yorğunluq sindromu artmaqdadır.
Bəs bu insanlar tibbi müayinəyə nədən başlamalıdır?
Terapevt Filipp Kuzmenko bitməyən yorğunluğa hansı xəstəliklərin səbəb olması barərə açıqlama verib.
“Əgər yorğunluq 2 həftədən çox çəkirsə və yaxşılaşma yoxdursa, o zaman həkimə getmək mütləqdir. Çox ehtimal ki, bu 2 səbəbdən baş verib: birinci ən əsası psixika, psixoloji səbəblər.
İnsan stresdədir, gərgindir, depressiyadadır və s.
İkinci səbəb – orqanizmin fiziki yorğunluğudur, bu altda yatan hansısa xəstəliyin təzahürüdür.
Anemiya, qanazlığı, dəmir defisiti, qalxanvari vəzinin hormonal pozulmaları – hipoterioz güc və enerjini tamamilə azaldır.
Bədəndə, beyində oksigen aclığı yaranır, zülal sayı düşür, insan yüngül fiziki hərəkətdən yorulur.
Bu zaman xəstədə aşağıdakı əlamətlər də olur:
- Yuxululuq
- Başgicəllənmə
- Huş itmə
- Dumanlanma
- Qulaqlarda küy
- Gözlərdə qarışqa gəzişməsi
- Təngnəfəslik
- Ürəkdöyünmə
- Yuxu pozulması
- Tərləmə
- Depressiya
- Həvəssizlik
Məsələ bundadır ki, anemiyası olanların 50%-də hipoterioz vardır.
Bu patologiyaları istisna etmək üçün cəmi 2 analiz lazımdır: qan ümumi və TSH analizi.
Anemiya qan ümumi analizdə, hormonal disbalans isə TSH-nəticəsində görünəcək. TSH normadan yüksəkdirsə, endokrinoloqa getmək vacibdir. \\Bakupost.az