Ürək çatışmazlığı durğunluqla özünü biruzə verir.
Ürəkdə o zaman ciddi xəstəlik yaranır ki, o qanla kifayət qədər oksigen ala bilmir və funksiyası zəifləyir.
Gender.Az xəbər verir ki, kardioloq Con Uayt keçirilmiş kovid və qripdən sonra miokarditin iltihablanması nəticəsində ürək çatışmazlığının yarana biləcəyini deyib.
Yüksək təzyiq, böyrək, şəkər, zob xəstəlikləri, spirtli içki, tütün, piylənmə də ürək çatışmazlığı riski yaradır.
Ürək çatışmazlığı olanlar sakit infarkt keçirir və güclü ağrı, simptom hiss etmir.
Ürək çatışmazlığı olanlar əzgin olur, aktiv həyat keçirə bilmir, tez yorulur, eləcə də xarici görünüşündə dəyişiklik baş verir.
Xəstələrdə ayaq, əl, üz, qarın şişir, ödemləşir, maye böyrəklər vasitəsilə çətin qovulur. Belə adamlar gecə yuxudan 2 dəfə, 3 dəfə sidiyə oyanır.
Ürək çatışmazlığının digər əlamətləri:
- Qanazlığı
- Təngnəfəslik
- Enerji azlığı
- Ürək döyüntüsü artması
- Soyuq əllər, soyuq əllər
- Dırnaq və dəridə göyərmə
- Baş hərlənmə
- Narahatlıq, çırpınma
- Yuxuda boğulma
Ürək çatışmazlığını gözardı etmək olmaz, vaxtında aşkar olunmalı və müalicə edilməlidir.
Çünki ürək normal işləmədikdə ağciyərlər, beyin, qaraciyər, böyrəklər sıradan çıxır.
Medicina.Az