Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Həftə neçə dəfə tualetə getmək qəbizlik sayılır? - Qastroenteroloq

Müasir həyatda yaşanan stress, hərəkətsizlik və qeyri-düzgün qidalanma kimi faktorlar qəbizlik nisbətinin artmasına səbəb olur. Qəbizliyin özü bir xəstəlik deyil, lakin hər hansı xəstəlik nəticəsində yaranan şikayətdir. Bundan əlavə, qəbizlik əksər insanların həyat keyfiyyətinə təsir edən əhəmiyyətli bir sağlamlıq problemidir.
Gender.Az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının peşəkar və təcrübəli həkim qastroenteroloqu İlham Mayılov qəbizliyin əlamətlərini açıqlayıb.
"Normal hallarda sağlam insan həftədə ən azı 3 dəfə defekasiya (nəcis ifrazı) aktına çıxmalıdır. Bəzi insanlar gündə 3 dəfə, bəzi insanlar isə həftədə 3 dəfə defekasiya aktına çıxa bilirlər. Hər iki hal tamamilə normal olaraq, sağlamlıq göstəricisidir. Həftə ərzində 3 dəfədən az bağırsağın boşalması isə qəbizlik sayılır.
Qəbizliyin aşağıdakı tipləri var:
• Alimentar (orqanizimdə suyun və rasiyonda qida liflərinin azalması nəticəsində)
• Mexaniki – bağırsaq keçiriciliyinin pozulması
• Hipo və diskinetik (bağırsaqlarda tranzitin sürətinin azalması)
• İdiopatik – mexanizmi məlum olmayan qəbizliklə ən çox insanlar yaşlaşanda rastlaşırlar.
Qəbizliyin yaranma səbəbi əsasən adekvat maye qəbulunun olmaması, lifli qidaların zəif qəbulu və oturaq həyat tərzidir: "Lfli qidalar yumşaq nəcis və həzm traktında asan hərəkət etməyə kömək edir"
Həkim qeyd edib ki, qəbizlik əlamətləri olan xəstələri tez-tez özlərini imalə etmək kimi zərərli adətlərdən və işlədici dərmanları göstərişsiz istifadə etməkdən çəkindirmək lazımdır, çünki bunlar bəzi ağırlaşmalar yarada bilər.
Qəbizliyin müalicəsi üçün ilk növbədə, onu yaradan səbəb müəyyən edilməli və aradan qaldırılmalıdır. Qəbizlik deyib keçməyin. Ciddi narahatlıq yaradan qəbizlik üçün ixtisaslı həkimə müraciət edin. Çünki erkən diaqnoz həyat qurtarır.\\Medicina

Tarix: 30 yanvar 2023
Baxış: 291

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş