Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bilirdinizmi? 300-ə yaxın baş ağrısı növü varmış!

İnsan orqanizmində ən xırda bir yer də ağrıyanda narahatlıq verir. Normal halda hər bir ağrı mütləq həkimə müraciət etmək üçün göstəricidir. Lakin bir çox hallarda insanlar ağrının keçməsini gözləyir, bunun üçün müəyyən tədbirlər görürlər. Ən çox rast gəlinən ağrının baş ağrısı olduğunu desək, yəqin ki, yanılmarıq.
Gender.Az-ın xəbərinə görə, baş ağrısı haqqında məlumat verən Türkiyənin nevrologiya və alqologiya üzrə tanınmış mütəxəssisi Zeynep Tuncer maraqlı statistika və məlumatlar açıqlayıb. Mütəxəssisin sözlərinə görə, dünya insanının 99 faizində baş ağrıları tez-tez rast gəlinən səhhət problemidir. Zeynep Tuncer bildirib ki, ən çox rast gəlinən nevroloji xəstəliklərdən biri olan baş ağrısı 14 alt qrupda və 300-ə yaxın alt başlıqda təsnif edilib. Bu ağrılar içərisində isə üstünlük migren və gərginlik tipli baş ağrılarındadır. Lakin bununla belə, özəl xəstəxanalarda aparılan hesablamalara əsasən vegetativ sefalji (klaster baş ağrısı və s.) kimi baş ağrılarına da rast gəlinir. Bu ağrılar adətən dərman və ya müdaxilə (GON və digər sinir bloklamaları) ilə diaqnozlaşdırıla və müalicə oluna bilər. Bir sıra baş ağrıları da var ki, tez-tez diş ağrısı ilə qarışdırıla bilir. Nəticədə pasiyentlər havayı yerə dişlərini çəkdirmiş olurlar. Bunlar nevrologiya qrupuna aid olan üz ağrılarıdır.
Heç bir səbəb olmadan hücumlarla gələn baş ağrılarına “ilk baş ağrıları” (yəni miqren), hər hansı səbəbdən yaranan baş ağrılarına (hipertoniya, beyin qanaması, sinüzit, yüksək göz təzyiqi, kəllə-beyin travması və s.) “ikinci dərəcəli baş ağrıları" deyilir. Mütəxəssisin sözlərinə görə, xoşbəxtlikdən müraciət edən xəstələrin 90 faizində ilk baş ağrıları olur. İkinci dərəcəli baş ağrılarının səbəbi müxtəlif üsullarla müalicə edilir.\\AFN.az
Tarix: 28 yanvar 2023
Baxış: 291

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş