Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Dərin nəfəs alarkən sinədə ağrı yaranarsa... - DİQQƏTLİ OLUN

Dərindən nəfəs alarkən sinədə yaranan ağrı əsasən qabırğalar, onurğa, diafraqmanın travma alması ilə əlaqəlidir.
Gender.Az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verib.
Həkim bildirib ki, əgər travma almamısınızsa, yaranan bu ağrı aşağıdakı səbəblərdən ola bilər:
- bronxopulmoner sistemin xəstəlikləri (ağciyər emboliyası, diafraqma absesi, pnevmotoraks, plevrit)
- perikardit
- mədə-bağırsaq traktının pozğunluqları
- nevralgiya əlamətləri
- mastopatiya (qadınlarda)
"Dərindən nəfəs alarkən sinədə yaranan ağrı adətən miokard infarktı ilə əlaqəli olmur. Ürəklə əlaqəli olan sinə ağrısı infarktdan öncə yaranır. Belə hallarda ağrı sinənin ortasında hiss olunur və boyuna, eləcə də sol qola, çiyinə yayılır", - deyə Cabir Gülmalıyev əlavə edib.\\Aztibb.az

Tarix: 27 yanvar 2023
Baxış: 246

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş