Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur.
Əgər iltihabı proses ağciyər toxumasının ayrıca bir hissəsini və ya seqmentini zədələyibsə, o zaman pnevmoniya sakit, yəni gizli başlayacaq.
Zəif immunitet, antibiotik qəbulu və bronxlarda olan bakterial fəsadın nəticəsi olan bəlğəmin təbii yolla çıxmasının qarşısını almaq pnevmoniyanı aktivləşdirir.
Gender.Az pnevmoniyanın başlaması əlamətlərini təqdim edir.
-Yanaqlarda ağrılı, qırmızımtıl ləkə, qızartının əmələ gəlməsi
-Tənəffüsün fitverici olması
-Təngnəfəslik- pilləkən çıxanda belə hiss olunur
-Ürəkdə ağırlıq, nəbzin sürətlənməsi
-Dərin nəfəs alma zamanı ağrı
-Bədəni beldən çevirəndə döş qəfəsində ağrı
- Daim susuzluq hissi, ümumi zəiflik, gecələr tərləmə
Uşaqlarda əsas əlamətləri:
-Uşağın aktivliyinin azalması, oynamır, yemir, yatmaq istəyir
-Tərləmənin artması
-Səbəbsiz ağlaması
-Kürəyinə, sinəsinə, yanaqlarına toxunduqda ağrı hiss etməsi, narahat olması
Bu xəstəlikdə istənilən özünü sağaltmaq cəhdi, xalq təbabəti, hansısa dərman, kompres vaxt itirməkdir və ölümə yaxınlaşmaqdır.
Diaqnostikası:
Ağciyərlərin rentgeni, bronxoskopiya, kölgə və ocaq aşkalananda KT, sidik, qan analizi, bəlğəmdən yaxma analizi, bakterioloji müayinə xəstəxanaya daxil olan kimi aparılmalıdır.
Pnevmoniyanı sadəcə ağciyərlərə qulaq asmaqla təyin etmək olmaz.
Müalicəsi:
Əgər pnevmoniya təsdiq olunsa, 4-6 saat ərzində antimikrob müalicəsinə başlanmalıdır. Xəstənin bronxlarındakı bəlğəmdən bakterioloji analiz götürülməli, hansı bakteriyaların törədici olması aşkarlanmalı və dərhal mikrob əleyhinə müasir müalicə metodları tətbiq olunmalıdır.
Xəstənin xilası üçün lazım olan vaxt əldən çıxsa, toksiki şok, miokardit, sepsis və sonda ölüm baş verir.
Müalicə dövründə xəstə fizioterapiya prosedurlarından, inhalyasiyadan keçməli, qidası sağlam, vitamin və zülalla zəngin olmalı, çoxlu maye qəbul etməlidir.
DİQQƏT: PNEVMONİYA ÖLÜM DƏRƏCƏSİNƏ GÖRƏ DÜNYADA 4-CÜ YERDƏDİR
Mənbə: Medicina.AZ