Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
"Ermənistan öhdəlikləri yerinə yetirmir" - Ceyhun Bayramov

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüş keçirib.
XİN-dən Gender.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar barədə ətraflı məlumat verib. Nazir Ermənistanın liderlər səviyyəsində əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini, normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törətdiyini bildirib. C.Bayramov bölgədə sabitliyin təmin olunması, Ermənistan ilə kommunikasiyaların açılması, delimitasiya prosesi və sülh sazişinin imzalanması barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Fransa tərəfinin qeyd edilən prosesdə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Görüş zamanı, digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 29 sentyabr 2022
Baxış: 434

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş