Redaktor seçimi
    "Ermənistan öhdəlikləri yerinə yetirmir" - Ceyhun Bayramov
Xəbər lenti
Reklam
“Rahat market” rahat yolla istehlakçıları aldadır


“Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 90E,2317-ci məhəllədə yerləşən “Rahat” marketdə istehlakçıları aldadırlar”.
Gender.az bildirir ki, bu iddia Bakıvaxtı.az-a daxil olan şikayətdə yer alıb. Alıcının qeyd etdiyinə görə, bir qutu “Barni”nin üzərinə digərini bağlayıb 1+1-60% endirim adı altında 6.00 manatdan 4.19 qəpiyə düşdüyü bildirilir: “Müştərilər məhsulu götürüb kassaya yaxınlaşanda isə məlum olur ki, qiyməti 4.19 deyil,5 manat 35 qəpikdir. Soruşanda da deyirlər ki, “sistem belə göstərir,biz kimik?”
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, bu hal birbaşa istehlakçı hüquqlarının pozulması və istehlakçıların aldadılmasıdır: “Ölkədə bu kimi hallar çox yayılıb. Ümumiyyətlə, yeni texnologiyalar daxil olduqca istehlakçılar olaraq sevinirik. Düşünürük ki, yeni texnologiyadır, asan satış olur, lakin bunun ardından ciddi aldatmalar baş verir”.
Onun sözlərinə görə, istehlakçının hüququ var ki, piştaxtada hansı qiyməti görürsə, onu versin.


E.Hüseynov deyir ki, bu kimi problemlərlə bağlı rəhbərlik etdiyi quruma hər həftə 8-9 telefon zəngi gəlir: “Belə hal olduqda istehlakçılara tövsiyə edirəm ki, 599-76-00 telefon nömrəsi ilə İqtisadiyyat Nazirliyinə məlumat versinlər”.
AİB sədri vurğulayıb ki, təkcə bu deyil, kartla ödəmədə də ciddi aldatmalar baş verir: “İstehlakçı təşkilatının sədri olaraq mən bunları diqqətdə saxlayıram. Şəxsən mən marketlərin birində 100 manata qədər aldatma gördüm. Yəni, kartla ödədikdə 8 manatlıq mal almışam, amma 68 manat vurublar. Əgər, təsadüfən, telefonumda sms-ə baxmasaydım, kassa çekini saxlamasaydım, sübut edə bilməyəcəkdim. Yaxud, marketdə qabıqlı qoz aldığım halda qoz ləpəsinin qiyməti ilə vurublar. Ölkədə 5 milyona yaxın istehlakçı varsa, bir nəfəri belə aldatdıqda ümumi nə qədər edər?” Bunun da əsas səbəbi ondan ibarətdir ki, hökümətin istehlakçı siyasəti yox dərəcəsindədir. Dövlət istehlakçı siyasəti formalaşdırmalıdır. 1995-ci ildə qəbul olunan istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun köhnəlib, işləmir. Bu qanunu yerinə yetirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, demək olar ki, heç bir iş görmür. Ona görə də, istehlakçılar çox böyük həcmdə aldadılırlar”.



Məsələylə bağlı “Rahat” marketlər şəbəkəsinə sorğu göndərilib.

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov 

Tarix: 17 avqust 2022
Baxış: 329

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}