Xəbər lenti
Reklam
Paşinyanla diaspora arasında qarşıdurma: Papazyanın ölkəyə girişinə qadağa qoyuldu

Erməni diasporası ilə baş nazir Nikol Paşinyan höküməti arasında ziddiyətlər getdikcə artır. Bu mövzu ilə bağlı keçən yazılarımızda da qeyd etmişdik ki, erməni diasporasında parçalanmalar başlayıb. Qarşıdurmalar 44 günlük müharibəsindən sonra daha da dərinləşib. Diasporadakı ermənilərin ordunun ehtiyaclarını ödəmək üçün topladıqları milyonların havaya sovrulması gərginliklərə səbəb olub. 

Fikir ayrılıqlarının nəticəsi olaraq Paşinyan diaspor ermənilərinin Ermənistanda məskunlaşması, ölkənin ictimai-siyasi həyatında tam iştirak etməsi, seçkilərə qatılmalarının arzuolunmaz hesab edilərək vətəndaşlıqla bağlı yeni qanun lahiyəsinin hazırlanması barədə xüsusi tapşırıq verib. Bu isə o deməkdir ki, hökumət diaspor ermənilərinin vətəndaşlıq almaq prosedurunu sərtləşdirmək qərarına gəlib və onları təcrid etməyə çalışır.

Bu gün isə Fransadakı erməni təşkilatlarının əlaqələndirmə şurasının sədri Murad Papazyanın Ermənistana girişinə qadağa qoyulması barədə məlumat yayılıb. O, baş verənlərlə bağlı açıqlamasında bildirib ki, onun Ermənistana girişinə qadağa məhz Paşinyanın göstərişi ilə qoyulub. Papazyan qeyd edib ki, 40 il erməni xalqı və Ermənistan dövləti uğrunda mübarizə apardıqdan sonra belə vəziyyətə düşmək onu bərk incidib. "Ermənistan sakinləri əmin olmalıdırlar ki, Ermənistanı zəiflətmək üçün hər şeyi edən bu rəhbərlikdən yaxa qurtarmalıdırlar. Diaspora da bunu başa süşməli və Paşinyana "bəsdir, dayan" deməlidir", deyə Papazyan bildirib.
Xatırladaq ki, bir neçə həftə əvvəl Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyan Fransada olub. Onunla yerli icma təşkilatları arasında görüş kifayət qədər soyuq olub və bir çoxları da komissarla görüşü boykot edib. \\Qaynarinfo.az

Tarix: 15 iyul 2022
Baxış: 791

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş