Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”

Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik", - Türkiyə lideri Ankarada Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
O əlavə edib ki, Finlandiya və İsveç nümayəndə heyətləri Ankaranı NATO-ya daxil olmaları ilə bağlı mövqeyini dəyişməyə əmin etmək üçün Türkiyəyə səfər etməkdən çəkinməməlidirlər.
Onun sözlərinə görə, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya qəbulu ilə razılaşa bilməz. \\Report

Tarix: 16 may 2022
Baxış: 314

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş