Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ermənilər Şahbulaqdakı qalanı dağıdıb, muzeyi talan ediblər - FOTO

 

Ermənilər Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdıblar.
Şahbulaq ərazisində Pənahəli xanın 1750-ci illərdə tikdirdiyi qalanın qalıqları üzərində ermənilər yeni qala inşa edərək tarixiliyinə xələl gətirib, qalanın içində qondarma "Tiqranakert" adlı muzey yaradıblar.
Şahbulaq ərazisində aparılan arxeoloji qazıntıların nəticələri həmin muzeydə yerləşdirilib. Ermənilər Ağdamı təhvil verərkən muzeyin eksponatlarını da özləri ilə apararaq talan ediblər.
Muzeyin inventarı dağıdılıb binaya zərər vurulub.
Muzeydə XI-XII əsrlərə və daha qədim dövrlərə aid eksponatlar olub. Bunu muzeyin ərazisində qalan kiçik kağız lövhələrdən də görmək olur.
Qeyd edək ki, ermənilərin "Tiqranakert" adlandırdığı yer Şahbulaq ərazisindəki qədim şəhər qalıqlarıdır.
  Foto – İlkin Nəbiyev  \\APA


Tarix: 18 dekabr 2020
Baxış: 346

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş