Erməni vandalizmi Azərbaycan mədəniyyətindən də yan keçməyib.
Ağdamda Azərbaycan memarlıq abidələrinin möhtəşəm incilərindən biri olan Pənahəli xanın yay sarayı da erməni vandalizminə məruz qalıb.
Ekspertlər bu tarixi abidənin 18-ci əsrə aid olduğunu deyirlər. Ermənilər işğal dövründə buradan tövlə kimi, ikinci Qarabağ müharibəsinin getdiyi 44 gündə isə sığınacaq kimi istifadə ediblər.
Tarixçi Elnur Kəlbizadə ermənilərin tarixə münasibətinin də öz xislətlərinə bənzədiyini deyib. Çünki tarixi mənbələrdə qeyd olunur ki, müxtəlif dövlətlər hər hansı hücuma məruz qaldıqlarında adətən mötəbər və müqəddəs yerlərə ağsaqqalları yerləşdirərlərmiş. Ermənilər isə vandallıq ediblər.
Ermənilər Pənahəli xanın sarayından II Qarabağ müharibəsinin getdiyi günlərdə müdafiə istehkamı kimi istifadə etməyə çalışıblar. Bu da məqsədsiz olmayıb. Onlar istəyiblər ki, sarayı Azərbaycan ordusunun hədəfinə çevirsinlər. Ancaq düşmənin məkrli niyyətinə baxmayaraq, abidənin bir qismi artıq bizə gəlib çatıb. \\Xezerxeber







Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Kişilərin Ömrünü Uzadan Səbəblər Açıqlandı
“Qızım babası kimi siyasətçi olacaq“ - Mərhum nazirin oğlu
Dilarə Əliyevaya yüksək vəzifə verildi
Sürücülərə XƏBƏRDARLIQ: Yollarda DUMAN olacaq
Əhməd Əlizadə öldürülən Ceyhunun dostu olub - deputatın oğlunun da qarışdığı cinayət işindən EKSKLÜZİV MƏLUMATLAR
Prezident gözlənilən FƏRMANI imzaladı
Yaşlı nəsil rəqəmsal dünyada
“Parlamentin Müdafiə komitəsi sualtı qayığı harada görüb?” – Polkovnik




