Paşinyan Türkiyənin agentidir? - Sərkisyanın cavabı
Siz məni təhrik etməyə çalışırsınız. Əgər əlimdə sənəd yoxdursa, onun Türkiyə agenti olduğunu necə deyə bilərəm?
Bu sözləri Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın “türk agenti” olması barədə jurnalistin sualına cavabında deyib.
“Amma onun hər şeyi pozması danılmazdır. Onun hərəkətlərində cinayət tərkibinin olub-olmadığını deyə bilmərəm, amma deyə bilərəm ki, o, həm konstitusiya, həm də Ermənistan qanunları ilə bağlı çoxsaylı pozuntulara yol verib. Buna əsasən özünüz qərar verin: cinayət tərkibi varmı, xəyanətdirmi, yoxsa agent?” - o bildirib. \\BakuPost
Tarix: 03 fevral 2026
Baxış: 46
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş