Redaktor seçimi
    Bu şəxslər yenidən müddətli həqiqi hərbi xidmətə göndəriləcəklər
Xəbər lenti
Reklam
Azərbaycanda 11 şəxsə VƏZİFƏ VERİLDİ

Naxçıvanda ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.
Elm və Təhsil Nazirliyindən Gender.Az-a verilən məlumata görə, direktorların seçim prosesi müsahibə əsasında keçirilib.
Müsahibə zamanı namizədlərin qanunvericilik üzrə nəzəri, peşə ilə bağlı texniki bilikləri və idarəetmə bacarıqları yoxlanılıb.
Müsahibədə ümumilikdə 25 vakant yer üçün 55 namizəd iştirak edib. Namizədlər 5 ballıq sistemlə qiymətləndiriliblər və yekun orta balı 2,5 və daha yüksək olan şəxslər vəzifəyə uyğun hesab ediliblər. Müsahibənin nəticəsinə uyğun olaraq, 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, cari tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.

Tarix: 01 dekabr 2023
Baxış: 121

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş