Xəbər lenti
Reklam
Azərbaycan və İran XİN rəhbərləri regional əməkdaşlığı müzakirə etdilər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb.
Gender.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Bölgədə sülhün gücləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Həmçinin, regional dialoqun və regiondankənar ölkələrin müdaxiləsindən uzaq formatların gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tarix: 18 noyabr 2023
Baxış: 135

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş